Türkiyə musiqisinin sevilən simalarından biri olan Muazzez Abacı ürək xəstəliyi səbəbindən bir neçə gün öncə xəstəxanaya yerləşdirilmiş və reanimasiya şöbəsində müalicə altına alınmışdı. Həkimlərin bütün cəhdlərinə baxmayaraq, görkəmli sənətkar 78-ci doğum günündə dünyasını dəyişərək pərəstişkarlarını dərin kədərə boğdu.
Abacının vəfatından sonra onun qoyub getdiyi əmlak və sərvət mövzusu sosial mediada ən çox müzakirə olunan mövzulardan birinə çevrildi.
Manset.az -ın “Sabah” qəzetinin istinadən məlumatına görə, tanınmış sənətçinin İstanbulun müxtəlif rayonlarında yüksək dəyərə malik daşınmaz əmlakları olub. Tuzlada bir villa, Kuzquncuk və Şişli bölgələrində mənzillər, bank hesablarında xeyli miqdarda nağd pul, bir avtomobil və bir cip Abacının sərvətinə daxil olan əmlaklar sırasında göstərilir.
Bəzi mənbələrdə səsləndirilən “1,2 milyard dollardan çox sərvət” iddiasının isə rəsmi şəkildə təsdiqlənmədiyi bildirilir.