“Qalatasaray” azarkeşi olan bir ailə, yeni doğulan övladına sarı-qırmızıların ulduz futbolçusu Mauro İkardidən ilhamlanaraq “Mert İkardi” adını verib. Azarkeş ailənin bu addımı qısa müddətdə sosial mediada geniş müzakirələrə səbəb olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, son üç mövsümdə ardıcıl olaraq Türkiyə Super Liqasının qalibi olan “Qalatasaray” klubuna böyük sevgi bəsləyən ailə, yeni doğulan uşaqlarına bu maraqlı və diqqətçəkən adı verməklə hamını təəccübləndirib.