Gündəlik həyatımızda edəcəyimiz sadə, lakin effektiv dəyişikliklərlə yaddaşımızı və bilişsel funksiyalarımızı dəstəkləyərək, gələcəkdə qarşımıza çıxa biləcək Alzheimer riskini minimuma endirə bilərik.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, alimlər, daha sağlam bir həyat sürməyimizə kömək edən bu tədbirlərin Alzheimerdən qorunmağın açarı olduğunu bildiriblər.
Demansiya növləri arasında ən geniş yayılmış olan Alzheimer, insanın yaddaşını itirməsinə və digər bilişsel bacarıqların geriləməsinə səbəb olur. Alimlərin apardığı araşdırmalara əsasən, həyat tərzində edilən bu dəyişikliklər ilə irəliləyən yaşlarda yaranacaq Alzheimer riskini erkən yaşlarda dayandırmaq və ya Alzheimerin irəliləməsini yavaşlatmaq mümkün ola bilər.