78 yaşlı türkiyəli usta aktrisa Şerif Sezer, 2024-cü ilin may ayında Muğla Milasda həyat yoldaşı ilə birlikdə baş verdiyi və ölümün yaxınından döndükləri yol qəzası sonrası ilk dəfə danışıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa "İki saniyə sonra qarşılaşsaydıq, xilas ola bilməzdik" sözləri ilə yaşadıqları dəhşəti izah edərək, qəzanın "milyonda bir ehtimal" olduğunu vurğulayıb.
Türk kinosunun usta isimlərindən olan 78 yaşlı Şərif Sezer, keçən may ayında Muğla vilayətinin Milas rayonu yaxınlarında həyat yoldaşı ilə baş verdiyi yol qəzası nəticəsində ölümün əngəlləndiyi hadisə ilə gündəmə gəlmişdi. Usta aktyor, bu hadisədən aylar sonra danışaraq, yaşadıqları təhlükəni "Milyonda bir ehtimal" ifadəsi ilə izah edib və baş verənlərin nə qədər böyük faciəyə çevrilə biləcəyini ortaya qoyub.
"Asmalı Konak" və "Karagül" kimi iz buraxan layihələrdəki rolu ilə geniş kütlələrin yaddaşına həkk olunan Şərif Sezer, qəzanın ardından sessizliyini pozaraq yaşadıqlarını bütün açıqlığı ilə ictimaiyyətə təqdim etdi.