Türk televiziya tarixinin mədəniyyət simvollarından biri olan "Kurtlar Vadisi"ndə Abuzer Kömürcü və oğlu Erdal obrazlarına həyat verən Muhammed Cangören və Sefa Zengin, uzun bir fasilənin ardından yenidən bir araya gəlib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, serialın yaddaşlarda iz buraxan bu ikilisinin təkrar görüşməsi, illər əvvəl ekranlara damğa vuran səhnələri yenidən xatırladaraq izləyicilərdə güclü bir nostalji hissi yaradıb.