5 avtomobil toqquşdu - 10 fəhlə ölüb, 5-i yaralanıb

11:53 - 25 Dekabr 2021

5 avtomobil toqquşdu - 10 fəhlə ölüb, 5-i yaralanıb

İranın cənub-qərbində yerləşən Xuzistan əyalətində 5 avtomobilin iştirakı ilə baş verən avtomobil qəzası nəticəsində 10 nəfər ölüb, 5 nəfər yaralanıb.

Manset.az “Mehr”ə istinadən xəbər verir ki, bu barədə polkovnik Reza Dövlətşahi məlumat verib.

Onun sözlərinə görə, hadisə Əhvaz-Xürrəmşəhr avtomobil yolunda baş verib.

Bildirilib ki, fəhlələri aparan avtobus, bir yük maşını və 3 minik avtomobili toqquşub. Nəticədə 10 fəhlə ölüb, 5-i yaralanıb.

Hadisə yola xırda buynuzlu heyvanların çıxması səbəbindən baş verib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az