Sürücü sükan arxasında öldü - SƏBƏB

15:30 - 12 Yanvar 2026

Sürücü sükan arxasında öldü - SƏBƏB

Türkiyənin Konya şəhərində avtomobili ilə hərəkətdə olan taksi sürücüsü ürək tutmasından vəfat edib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, əldə edilən məlumata görə, 65 yaşlı taksi sürücüsü Mehmet Kılıç taksini idarə edərkən sükan arxasında ürək tutmasından əziyyət çəkib. Nəzarətdən çıxan avtomobil isə işıq dirəyinə çırpılıb.

Hadisə barədə məlumat alındıqdan sonra, hadisə yerinə təcili tibbi yardım və polis qüvvələri göndərilib. Ürək tutması keçirmiş sürücüyə ilkin müdaxilə hadisə yerində tibbi əməkdaşlar tərəfindən edilib.

Xəstəxanaya aparılan və vəziyyəti ağır olan sürücü bütün müdaxilələrə baxmayaraq həyatını itirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az