Avstraliya İran səfirini ölkədən çıxardı

20:54 - 12 Yanvar 2026

Avstraliya İran səfirini ölkədən çıxardı

Avstraliya İran səfirini ölkədən çıxarıb.


Manset.az Trend-ə istinadən xəbər verir ki, bunu Avstraliyanın Baş naziri Entoni Albanize deyib.

Baş nazirin buna səbəb kimi “İran rejiminin dağıdıcı beynəlxalq fəaliyyəti”, eləcə də "repressiyalar zamanı ölənlərin sayı ilə bağlı rəsmi məlumatların etibarlılığına dair ciddi şübhələri" göstərib.

Albanize İranı hakimiyyətlə əlaqəli strukturların Avstraliya ərazisində diversiya xarakterli hücumların planlaşdırılması və həyata keçirilməsində iştirakda itiham edib. Onun sözlərinə görə, bu cür fəaliyyətlər ölkənin milli təhlükəsizliyi üçün birbaşa təhdid yaradır.

Rəsmi Kanberra vurğulayıb ki, İranın bu addımları Avstraliyanın təhlükəsizlik maraqları ilə uzlaşmır və diplomatik münasibətlərə ciddi zərbə vurur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az