ABŞ Prezidenti Donald Tramp hökumətinin 2025-ci ildə 100 mindən çox vizanın ləğv edildiyi bildirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Xarici İşlər Nazirliyi Donald Tramp dövründə viza ləğvlərinin keçmiş ABŞ Prezidenti Cozef Bayden dövrünün son ili olan 2024 ilə müqayisədə 2 dəfə artdığını açıqlayıb.
Açıqlamada, 100 mindən çox vizanın ləğv edildiyi qeyd edilib və bu şəxslər arasında təxminən 8 min tələbə və 2 min 500 mütəxəssis işçinin də hüquqi statuslarını itirənlər arasında olduğu bildirilib. Vizalarını itirən tələbə və işçilərin əksəriyyətinin cinayətə qarışdığı və hüquq-mühafizə orqanları ilə qarşı-qarşıya qaldığı vurğulanıb.