Ağacda doğulan uşaq 25 yaşında həyatını itirdi

12:21 - 13 Yanvar 2026

Ağacda doğulan uşaq 25 yaşında həyatını itirdi

2000-ci ildə Mozambikdə baş verən böyük sel fəlakəti zamanı anasının suların yüksəlməsi nəticəsində ilə ağaca dırmaşdığı zaman doğulan və bütün dünyada "möcüzə uşaq" olaraq tanınan Rosita Salvador Mabuiango 25 yaşında həyatını itirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, 2000-ci ildə Mozambikin tarixində ən dağıdıcı sel fəlakəti olaraq qeydə alınan hadisədə, yeni doğulmuş Rosita Salvador Mabuiango və anası bir Cənubi Afrika hərbi helikopteri tərəfindən su altında qalan ərazidən xilas edilmişdi. Bu anlar fəlakətin simvolik görüntülərindən birinə çevrilmişdi.

Prezident Daniel Chapo Rositanın həyatını itirməsinin ardından etdiyi açıqlamada onu ölkədəki qız uşaqları üçün bir simvol olaraq qiymətləndirdiyini bildirib.

BBC-nin verdiyi məlumata görə, Rositanın bacısı Celia Salvador bazar ertəsi səhəri baş vermiş ölüm xəbərini təsdiqləyərək bacısının uzunmüddətli bir xəstəlikdən sonra həyatını itirdiyini bildirib. Əldə edilən məlumata görə, Rosita illər boyu qan xəstəliyi olan anemiya ilə mübarizə aparırdı.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az