ABŞ Qrenlandiyaya ordu göndərəcək?

11:17 - 14 Yanvar 2026

ABŞ Qrenlandiyaya ordu göndərəcək?

Ağ Ev rəhbəri Donald Trampın bəyanatlarına baxmayaraq, ABŞ Qrenlandiyaya qoşun göndərməyi planlaşdırmır.


Manset.az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib.

“ABŞ Qrenlandiyaya müharibə elan etməyi planlaşdırmır. Bu, sadəcə olaraq mümkün deyil. Yaxın zamanda haradasa Amerika hərbçilərinin peyda olacağını gözləmirəm”, – konqresmen bildirib.

Conson vurğulayıb ki, Qrenlandiyanın alınması ABŞ üçün maraq doğurur, çünki ada Amerika və digər ölkələr üçün “strateji əhəmiyyət” daşıyır və bu məsələ ABŞ-nin milli təhlükəsizliyi və faydalı qazıntıların hasilatı ilə əlaqəlidir. Buna görə də, spikerin fikrincə, ABŞ bu məsələyə “çox ciddi yanaşmalıdır”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az