Xameneinin yerinə keçən Liderlik Şurasının ilk görüntüləri yayıldı - FOTO

17:57 - 02 Mart 2026

Xameneinin yerinə keçən Liderlik Şurasının ilk görüntüləri yayıldı - FOTO

İranın dini lideri Ayətullah Əli Xameneinin həyatını itirməsindən sonra vəzifəyə başlayan Müvəqqəti Liderlik Şurasının iclasına aid ilk fotoşəkil ictimaiyyətə təqdim edilib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, İranın dini lideri Ayətullah Əli Xameneinin şənbə günü İsrail və ABŞ-nin birgə hücumları nəticəsində həyatını itirməsinin ardından ölkədə yeni dini lider seçilənə qədər konstitusiya çərçivəsində fəaliyyət göstərəcək Müvəqqəti Liderlik Şurasının iclasına aid ilk fotoşəkil paylaşılıb.


Şuranın üç üzvü olan Prezident Mənsud Pezeşkian, Məhkəmə Başçısı Gulam Hüseyn Məhşini Eceyi və Konstitusiyanı Mühafizə Şurasının üzvü Əlirza Arafi iclasda iştirak edib.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az