İstanbulun Sultangazi rayonunda Yağmur A. adlı qadın bir müddət əvvəl ayrıldığı sevgilisinin evinə pompalı tüfənglə atəş açıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, qadının tüfənglə evindən çıxdığı anlar binadakı təhlükəsizlik kamerasına yansıyıb. Polis tərəfindən saxlanılan qadın məhkəməyə çıxarılaraq həbs edilib.
Əldə edilən məlumata görə, bir şəxs C.G.-yə aid olan evə silahla atəş edib və hadisə yerindən qaçıb. Silah səsləri eşidildikdən sonra polis əməkdaşları hadisə yerinə göndərilib.