Çinin Heilongjiang vilayətində ötən gün gecə bir bina çöküb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, binanın dağılması nəticəsində 7 nəfərin həyatını itirdiyi bildirilib.
Rəsmi mənbələr dağılmış binanın altına qalan 9 nəfərdən 7-nin həyatını itirdiyini, xəstəxanaya aparılan 2 nəfərin isə həyati təhlükəsinin olmadığını açıqlayıb.
Hadisə ilə bağlı araşdırma başladılıb.