İran mətbuatında yayılan xəbərlərdə ABŞ ilə bütün diplomatik və dolayı əlaqə kanalları bağlandığı bildirilir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, yayılan məlumatlara görə, bütün mesajlaşmalar artıq dayandırılıb.
Məlumata görə, iranlı mənbə "Reuters" agentliyinə açıqlamasında qeyd edib ki, ABŞ təslim olmağı tələb etdiyi müddətdə İran heç bir güzəştə getməyəcək.
Həmin rəsmi şəxs vurğulayıb ki, vəziyyət nəzarətdən çıxacağı təqdirdə İranın müttəfiqləri Babülməndəb boğazını da bağlaya bilər.
Bununla yanaşı bildirilib ki, əgər ABŞ İranın enerji obyektlərinə zərbə endirərsə, bu halda bütün region, eləcə də Səudiyyə Ərəbistanı genişmiqyaslı elektrik kəsintisi ilə üzləşə bilər.