Amerika körpüsü od tutub yandı - Ölən və yaralananlar var

19:04 - 07 Aprel 2026

Amerika körpüsü od tutub yandı - Ölən və yaralananlar var

Panamada yerləşən Amerika körpüsünün altında park edilmiş yanacaq daşıyan yük avtomobilində partlayış baş verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, partlayışdan sonra yaranan yanğın nəticəsində ən azı bir nəfərin həlak olduğu, iki nəfərin isə xəsarət aldığı bildirilib. Alovun körpüdən keçən nəqliyyat vasitələrinə çatdığı dəhşətli anlar təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Panama faciəvi qəza ilə üzləşib. Panama kanalının Sakit okean girişində yerləşən Amerika körpüsünün altında dayanmış yanacaq yük avtomobilində saat 16:12 radələrində hələ dəqiq səbəbi məlum olmayan partlayış baş verib.

Ölkə mətbuatının məlumatına görə, partlayışdan sonra yaranan yanğın qısa müddət ərzində ərazidə olan daha iki tanker tipli yük avtomobilinə də yayılıb. Hadisə yerinə çoxsaylı yanğınsöndürmə briqadaları cəlb olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az