İraqın cənubunda yerləşən Bəsrə vilayətində bir evə raket düşüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər həlak olub.
Məlumata görə, hadisə Hor əl-Zübeyr bölgəsində baş verib. Rəsmi şəxslər binanın dağıntıları altında digər şəxslərin ola biləcəyini nəzərə alaraq bölgədə axtarış və xilasetmə işlərinin başladığını açıqlayıblar.