Türkiyəli aktyor Görkem Sevindikin İsrailin Fələstinli məhbusların edamına dair qanununa münasibəti sosial mediada geniş reaksiyalara səbəb olub.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, İsrailin Milli Təhlükəsizlik naziri Itamar Ben-Gvir aktyora qarşı sərt açıqlamalar verib. Sevindik belə bir zorakılığa vicdanlı bir insan olaraq qarşı olduğunu bildirib.
Paylaşımın ardından İsrailli nazir Ben-Gvir yayımladığı videolu mesajda Görkem Sevindiki hədəf alan açıqlamalar verib.
Provokativ açıqlamaları ilə diqqət çəkən Ben-Gvir videolu mesajında Sevindikə cavab verərək, " "Eşref Rüya"dakı Kadir. Heç vaxt Kadir Baba ola bilməyəcəksən. Biz İsraildə yaşayırıq. Sən yalnız türk seriallarında rol alırsan. Terrorçular üçün edam cəzası artıq qüvvədədir", – deyə paylaşım edib.