Yeni koronavirus ştamı yayılır

14:29 - 11 May 2026

Yeni koronavirus ştamı yayılır

Taylandda yarasalar arasında koronavirusun yeni bir növü müəyyən edilib.


Manset.az xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat və Cəmiyyətdə Rəqəmsal Texnologiyalar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Səhiyyə Nazirliyi yanında Xəstəliklərə Nəzarət Departamenti ilə birgə aparılan araşdırmalar nəticəsində yeni ştamın mövcudluğu təsdiqlənib.

“Hazırda insanlara yoluxma halları qeydə alınmayıb. Tədqiqatlar göstərir ki, virusun bu ştammı COVID-19-dan daha az patogen və yoluxucudur. Bundan əlavə, COVID-19 peyvəndləri xəstəliyin şiddətini azaltmaqda təsirli olaraq qalır. Epidemiya təhlükəsi azdır”, - deyə nazirlikdən qeyd edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az