Paşinyan həmin sammitdə iştirak etməyəcək 

17:30 - 11 May 2026

Paşinyan həmin sammitdə iştirak etməyəcək 

Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 28-29-da Astanada keçiriləcək Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində iştirak etməyəcəyini açıqlayıb.


Manset.az xəbər verir ki, bu haqda Paşinyan jurnalistlərlə söhbəti zamanı deyib.

“Ermənistanı baş nazirin müavini Mher Qriqoryan təmsil edəcək”, - o qeyd edib.

Paşinyan əlavə edib ki, aprelin 1-də Moskvada keçirdiyi görüşdə qərarını Rusiya Prezidenti Vladimir Putinə çatdırıb. O, Qazaxıstan lideri Kasım-Jomart Tokayevə də məlumat verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az