ABŞ Prezidenti Donald Tramp Oval Ofisdə tədbir zamanı yuxuya getdiyi anlarla diqqət çəkib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən tədbir zamanı kameralar qarşısında yuxuya getdiyi anlarla diqqət çəkib.
Trampın yuxulu anları Oval Ofisdə ABŞ qadınlarını daha çox uşaq sahibi olmağa təşviq edən kampaniya çərçivəsində hazırlanan yeni internet saytının təqdimatı zamanı kameralar tərəfindən qeydə alınıb. Tədbirdə digər iştirakçılar çıxış edərkən Prezidentin gözlərini qısa müddət bağladığı müşahidə olunub.