Texas Baş prokuroru "Netflix"ə uşaqların məlumatlarını icazəsiz toplamaq iddiası ilə qarşı iddia qaldırıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Texas Baş prokuroru Ken Paxton "Netflix" şirkətinə qarşı uşaqların şəxsi məlumatlarını icazəsiz topladığı və bu məlumatları kommersiya məqsədilə istifadə etdiyi iddiası ilə məhkəmə iddiası qaldırıb.
İddia ərizəsində qeyd olunur ki, "Netflix" platforması istifadəçiləri ekran qarşısında daha uzun saxlamaq üçün asılılıq yaradan xüsusiyyətlərlə dizayn edilib. Paxton illərlə "Netflix"in istehlakçılara məlumat toplamadığı və paylaşmadığı barədə yanlış açıqlamalar verdiyini, lakin əslində şirkətin geniş miqyaslı “davranış nəzarəti proqramı” apardığını bildirir.
İddia olunur ki, platforma uşaqların profilləri də daxil olmaqla, istifadəçilərin baxış vərdişlərini, cihaz məlumatlarını və digər həssas məlumatları toplayır və bu məlumatları məlumat vasitəçilərinə və reklam texnologiyaları şirkətlərinə satır.