ABŞ-də Frontier Airlines təyyarəsində silah şarjörü tapılıb, uçuş təxirə salınıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin Denver Beynəlxalq Hava Limanında Frontier Airlines-a məxsus Denver-Phoenix reysində uçuşdan dərhal əvvəl kabində silah şarjörü tapılıb.
Uçuş təhlükəsizliyi səbəbindən bütün sərnişinlər təyyarədən endirilərək yenidən təhlükəsizlik yoxlamasından keçirilib. Təyyarədə başqa partlayıcı və ya təhlükəli maddələrin olub-olmadığını müəyyən etmək üçün təhlükəsizlik əməkdaşları ətraflı axtarış aparıblar, lakin başqa heç bir təhlükə aşkarlanmayıb.
Uçuşun yalnız növbəti səhər reallaşa bilməsi sərnişinlər üçün narahatlıq yaradıb.