ABŞ-nin Florida ştatında meşə yanğınında 7 min hektardan çox ərazi yanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin Florida ştatının Everglades bölgəsində ötən gün başlayan meşə yanğını davam edir. Kolluq sahəsində başlayan yanğın qısa müddətdə genişlənib.
Florida Meşə Xidməti bildirib ki, yanğın "Broward County"nin qərb hissəsində 7 min hektardan çox ərazini məhv edib və hazırda yalnız 40%-i nəzarət altındadır. Müxtəlif qurumlardan cəlb edilən briqadalar yanğının yayılmasının qarşısını almaq üçün fəaliyyət göstərir.