Türkiyə-Ermənistan arasında normallaşma prosesinə dair yeni addımlar atılıb.
Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, Türkiyə Xarici İşlər Nazirliyi sözçüsü Öncü Keçəli açıqlayıb ki, Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətin başlanmasına dair bütün bürokratik hazırlıqlar tamamlanıb.
Ö.Keçəli bildirib ki, bu addım 2022-ci ildən bəri davam edən normallaşma prosesinin yeni mərhələsi kimi atılıb və etimad artırıcı tədbirlərin tərkib hissəsidir.
Sözçü qeyd edib ki, prosedurlar 11 may 2026-cı il tarixinə qədər yekunlaşıb və iki ölkə arasında ticarət əlaqələrinin açılması üçün hər şey hazırdır.