Səslərin 90%-i hesablandı - Paşinyan neçəncidir? 

09:10 - 08 İyun 2026

Səslərin 90%-i hesablandı - Paşinyan neçəncidir? 

Ermənistanda dünən keçirilən parlament seçkilərində bülletenlərin 90 faizi hesablanıb.


Manset.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Mərkəzi Seçki Komissiyası  yayıb. 

Saat 08:00-a olan məlumata görə, 2005 seçki məntəqəsindən 1878-inin nəticələri artıq məlumdur və ölkənin hakim “Vətəndaş müqaviləsi” partiyası səslərin 50,25 faizini toplayaraq liderdir.

Bununla yanaşı, “Güclü Ermənistan” bloku  23,31%, “Ermənistan” bloku 9,78%, “Çiçəklənən Ermənistan” partiyası” isə 4,02% səs toplayıb. 

Digər partiyalar isə hələ 4 faizlik həddi keçə bilməyib. 

Ümumilikdə seçkidə 1 224 957 nəfər səs verib. Seçkilərdə 16 partiya və 2 blok iştirak edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az