Ebola böhranı böyüyür - Yoluxma sayı get-gedə artır

15:46 - 08 İyun 2026

Ebola böhranı böyüyür - Yoluxma sayı get-gedə artır

Demokratik Konqo Respublikasından sonra Uqandada da Ebola virusuna yoluxma hallarının qeydə alınması beynəlxalq narahatlığı artırıb.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, bununla əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Gebreyesus ölkəyə səfər edərək mövcud vəziyyətlə yerində tanış olub.


Gebreyesus rəsmi sosial media hesabında paylaşdığı məlumatda Uqandadakı epidemioloji durumla bağlı mühüm açıqlamalar verib. O bildirib ki, ölkədə ümumilikdə 19 Ebola yoluxması aşkarlanıb. Yoluxanlardan 14 nəfərinin xarici vətəndaş olduğu qeyd edilib.


DSÖ rəhbəri Uqanda hökumətinin virusa qarşı çevik və peşəkar tədbirlər gördüyünü vurğulayıb. Onun sözlərinə görə, aidiyyəti qurumlar xəstəliyin yayılmasının qarşısının alınması istiqamətində operativ fəaliyyət göstərirlər.


Tedros Adanom Gebreyesus beynəlxalq əməkdaşlığın əhəmiyyətinə diqqət çəkərək, “Birgə səylərlə bu böhranın öhdəsindən gələcəyik” - mesajını verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az