İranda bütün uçuşlar dayandırıldı 

19:19 - 08 İyun 2026

İranda bütün uçuşlar dayandırıldı 

İsrailin gecə saatlarında həyata keçirdiyi hücumlardan sonra İranın qərb hava məkanının bağlanması fonunda ölkə üzrə bütün aviareyslərin ləğv edildiyi bildirilib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İranın Mehr Agentliyi İran Hava Limanları Şirkətinin yaydığı yazılı açıqlamaya istinadən məlumat yayıb.

Açıqlamada qeyd olunub ki, İran Mülki Aviasiya Təşkilatının dərc etdiyi NOTAM-a (aviasiya məlumatı bildirişi) əsasən, ölkənin qərb hava məkanının bağlanması səbəbindən İranın bütün hava limanlarından həyata keçirilən uçuşlar növbəti rəsmi açıqlamaya qədər dayandırılıb.

Xatırladaq ki, İran və İsrail arasında davam edən qarşılıqlı hücumlar səbəbindən bu gün səhər saatlarında Tehrandakı Mehrabad Hava Limanında, eləcə də Məşhəd şəhəri və ölkənin qərb bölgələrində yerləşən hava limanlarında bütün uçuşların dayandırıldığı açıqlanmışdı.

Bundan bir qədər əvvəl isə İran Silahlı Qüvvələrinin hərbi əməliyyatlara rəhbərlik edən “Xatəmül-Ənbiya” Qərargahı İsrailə qarşı aparılan hərbi əməliyyatların dayandırıldığını bəyan etmişdi.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az