logo
logo logo
logo

"Qalatasaray"ın tanınmış futbolçusu onunla evləndi - FOTO

13:03 - 07 İyul 2026

\"Qalatasaray\"ın tanınmış futbolçusu onunla evləndi - FOTO

Sosial şəbəkələrdə moda və həyat tərzi mövzusunda paylaşımları ilə tanınan fenomen Asena Atalar və "Qalatasaray"ın futbolçusu Ahmed Kutucu evləniblər.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, təxminən bir ildir davam edən münasibətlərini nikahla rəsmiləşdirmək qərarına gələn cütlük İstanbulda keçirilən möhtəşəm toy mərasimi ilə ailə həyatı qurub.

Gənc cütlük toy mərasimini İstanbulun tarixi sahilyanı malikanələrindən birində təşkil edib. İstanbul boğazının mənzərəsi fonunda keçirilən tədbirdə idman və sosial media ictimaiyyətinin tanınmış simaları bir araya gəlib.

Mərasimdə Ahmed Kutucunun "Qalatasaray"dakı komanda yoldaşları, idman ictimaiyyətinin tanınmış nümayəndələri, eləcə də Asena Ataların yaxın fenomen dostları iştirak edərək cütlüyü bu xoş günlərində tək qoymayıblar.

Yadda qalan toy mərasimindən yayılan görüntülər sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az