İranın ABŞ tərəfindən istifadə olunan Böyük Britaniya hərbi bazalarını "qanuni hədəf" hesab etdiyini bəyan etməsindən sonra Böyük Britaniya hökuməti ölkənin özünü müdafiə etmək üçün sutka ərzində tam hazırlıq vəziyyətində olduğunu açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Böyük Britaniya ABŞ hərbi qulluqçularının və döyüş təyyarələrinin yerləşdiyi bazalarından Vaşinqtonun müdafiə xarakterli əməliyyatlar həyata keçirməsinə icazə versə də, İrana qarşı birbaşa hücum əməliyyatlarında iştirak etməkdən imtina edib.
İran Xarici İşlər Nazirliyi Böyük Britaniyanı ABŞ-ın hərbi əməliyyatlarında "cinayət ortağı" adlandırıb. Eyni zamanda, İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-a hərbi dəstək göstərən istənilən ölkənin bunun nəticələrinə və doğuracağı təsirlərə görə məsuliyyət daşıyacağını bəyan edib.
Bu açıqlamalar ABŞ-ın ardıcıl 13-cü gecə də İrandakı hədəflərə hava zərbələri endirdiyi bir vaxtda səsləndirilib.
ABŞ Prezidenti Donald Tramp müharibəyə kifayət qədər dəstək göstərmədiyini əsas gətirərək Böyük Britaniya hökumətini və keçmiş Baş nazir Ser Kir Starmeri dəfələrlə tənqid edib. İran tərəfi isə Böyük Britaniyanı hərbi əməliyyatların iştirakçısı kimi təqdim etməyə çalışıb.