logo
logo logo
logo

Gürcüstan DTX elektrik enerjisi kəsintiləri ilə bağlı araşdırmaya başladı

16:34 - 25 İyul 2026

Gürcüstan DTX elektrik enerjisi kəsintiləri ilə bağlı araşdırmaya başladı

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 24 və 25 iyul tarixlərində ölkə miqyasında baş vermiş elektrik enerjisi kəsintiləri ilə bağlı araşdırmaya başlayıb.


Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə DTX-dan bildirilib.

    Məlumata əsasən, araşdırma sabotaj maddəsi üzrə aparılır. Bu maddə dövlət müəssisəsinin və ya digər vacib obyektlərin normal fəaliyyətini pozmaq və ya Gürcüstanın dövlət maraqlarına təhlükə yaratmaq məqsədilə onlara zərər vurmağı və yaxud məhv etməyi nəzərdə tutur.

    DTX araşdırmanın gedişatı barədə ictimaiyyəti tədricən məlumatlandıracağını vurğulayıb.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az