logo
logo logo
logo

"Rusiya məqsədlərinə çatmaq üçün hər şeyi edəcək"

13:15 - 28 İyul 2026

\"Rusiya məqsədlərinə çatmaq üçün hər şeyi edəcək\"

Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı müharibədə qarşıya qoyulan məqsədlərə nail olacaqlarını və qələbə üçün hər şeyi edəcəklərini bildirib.


Manset.az xəbər verir ki, Putin Dövlət Dumasının sessiyasının başa çatması münasibətilə deputatlar qarşısında çıxış edərək Rusiyanın iqtisadi baxımdan dünyanın dördüncü, Avropanın isə birinci iqtisadiyyatı olduğunu iddia edib. O, inflyasiya risklərinin mövcudluğunu etiraf etsə də, ölkənin iqtisadi və maliyyə sisteminin sabit qaldığını vurğulayıb.

Rusiya lideri döyüş meydanında daha cəsarətli addımların itkilərə səbəb olduğunu qeyd edərək, məqsədlərə ehtiyatlı, qətiyyətli və ardıcıl şəkildə çatacaqlarını söyləyib.

Putin həmçinin Rusiyanın Qərbin təzyiqləri altında olduğunu iddia edərək, tətbiq olunan sanksiyaların nəticə vermədiyini bildirib. O, çıxışını "Məqsədlərimizə çatacağıq və hamımız birlikdə qələbə, Rusiya naminə hər şeyi edəcəyik" sözləri ilə yekunlaşdırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az