logo
logo logo
logo

Karton qutudan 5 körpənin meyiti tapıldı - Fransada dəhşət

17:55 - 28 İyul 2026

Karton qutudan 5 körpənin meyiti tapıldı - Fransada dəhşət

Fransanın cənub-şərqində yerləşən Oranj şəhərində dəhşətli hadisə baş verib.


Manset.az-ın The Sun nəşrinə istinadən verdiyi məlumata görə, 32 yaşlı qadın evdə doğuş etdikdən sonra qarın ağrıları səbəbindən xəstəxanaya aparılıb. Qadın xəstəxanaya yerləşdirildikdən sonra evdə qalan həyat yoldaşı, aralarında mübahisəyə səbəb olan karton qutuları açıb.

Qutuların içərisində uzun müddətdir saxlanıldığı ehtimal edilən və yüksək dərəcədə çürümüş beş körpənin meyiti aşkar edilib.

Fransa mətbuatının məlumatına görə, körpələrin qalıqları bir plastik torbanın içində olub. Kişinin həmin torbanı xəstəxanaya apardığı, tibb işçilərinin isə dərhal polisə məlumat verdiyi bildirilir.

Cütlüyə yaxın mənbələrin iddiasına əsasən, qadın bundan əvvəl üç uğursuz hamiləlik keçirib. Onların yeni doğulan körpəsindən başqa, 8 və 12 yaşlı iki övladının da olduğu qeyd olunur.

Hadisə ilə bağlı araşdırma aparan Karpantra Prokurorluğu faktın bütün istiqamətləri üzrə istintaqın davam etdiyini açıqlayıb. Qadın hazırda xəstəxanada müalicə olunur. İndiyədək hadisə ilə bağlı hər hansı saxlanılan və ya həbs edilən şəxs yoxdur.

Səlahiyyətli qurumlar tapılan qalıqların kimliyinin və ölüm səbəblərinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizanın davam etdiyini bildiriblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az