Şərqi Afrika ölkəsi Uqandada aclıq səbəbindən azı 19 nəfər ölüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ağır humanitar vəziyyət ölkənin Karamoja bölgəsində ən azı 1,5 milyon insanı təhlükə ilə üz-üzə qoyub.
Aylarla davam edən quraqlıq və mövsümi yağışların yağmaması nəticəsində bölgədə əkin sahələrinin böyük hissəsi məhsulsuz qalıb.
Yaranan ərzaq çatışmazlığı ilə əlaqədar Uqanda hökuməti Karamoja bölgəsində təcili ərzaq yardımlarının paylanmasına başlayıb.