logo
logo logo
logo

“SpaceX”in səhmləri kəskin ucuzlaşdı - İlon Maskın sərvəti azalır

11:03 - 29 İyul 2026

“SpaceX”in səhmləri kəskin ucuzlaşdı - İlon Maskın sərvəti azalır

“SpaceX”in səhmləri ilkin kütləvi təklif (IPO) zamanı müəyyən edilmiş qiymətlə müqayisədə 22 faiz, iyunun 16-da qeydə alınmış ən yüksək səviyyə ilə müqayisədə isə 48 faiz ucuzlaşıb. Bu eniş İlon Maskın sərvətinə də ciddi təsir göstərib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, son dövrlər qlobal maliyyə bazarlarında süni intellekt sahəsinə yönələn xərclərlə bağlı narahatlıqlar müşahidə olunur. Bu isə süni intellekt texnologiyalarına bağlı fəaliyyət göstərən şirkətlərin səhmlərində kütləvi satışlara səbəb olub.

Belə şirkətlərdən biri də gəlirlərinin böyük hissəsini gələcəkdə süni intellekt texnologiyalarından əldə etməyi planlaşdıran “SpaceX”dir. Şirkətin səhmləri ilkin yerləşdirmə qiyməti ilə müqayisədə 22 faiz, tarixi maksimum göstəricidən isə 48 faiz aşağı düşüb.

Səhmlərin dəyərinin azalması “SpaceX”in rəhbəri İlon Maskın sərvətinə də təsirsiz ötüşməyib. İyunun 16-da dünyanın ilk bir trilyon ABŞ dolları həcmində sərvətə sahib şəxsi olan Maskın sərvəti hazırda Bloomberg Billionaires Index-in məlumatına görə 724 milyard ABŞ dolları təşkil edir.

Beləliklə, İlon Maskın sərvətinin bir trilyon ABŞ dollarına çatmasına hazırda 276 milyard ABŞ dolları çatmır.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az