logo
logo logo
logo

İran Hörmüz boğazında 3 neft tankerini hədəfə aldığını açıqladı 

11:28 - 29 İyul 2026

İran Hörmüz boğazında 3 neft tankerini hədəfə aldığını açıqladı 

İran İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazından keçməyə çalışan və xəbərdarlıqlara məhəl qoymadığı iddia edilən 3 neft tankerini hədəfə aldıqlarını açıqlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, İranın yarı rəsmi Tasnim Xəbər Agentliyinin məlumatına görə, İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin yaydığı bəyanatda bildirilib ki, Hörmüz boğazından keçən 3 neft tankeri xəbərdarlıqlara baxmayaraq təhlükəli və qanunsuz hesab edilən marşrut üzrə hərəkətini davam etdirib.

Bəyanatda qeyd olunub ki, sözügedən tankerlər hədəfə alınıb və onların hərəkəti dayandırılmağa məcbur edilib.

İnqilabı Keşikçiləri Korpusu, həmçinin ABŞ ordusunun bölgədəki müdaxilələrinin və gəmilərə verdiyi qanunsuz göstərişlərin cavabsız qalmayacağı barədə xəbərdarlıq edib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az