ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu və Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi görüşlərin məhsuldar olduğunu bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tramp Respublikaçılar Partiyasından olan senator Lindsi Qrehemin dəfn mərasiminə qatılmaq üçün Vaşinqtona gələn hər iki liderlə mühüm məsələləri müzakirə etdiklərini qeyd edib.
ABŞ Prezidenti Ağ evdə Netanyahu və Zelenski ilə keçirdiyi görüşlərlə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Netanyahu ilə “çox səmərəli görüş” keçirdiklərini bildirən Tramp görüş zamanı bir sıra vacib məsələlərin müzakirə olunduğunu vurğulayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşünə də toxunan Tramp bildirib: “Ukrayna Prezidenti Volodimir Zelenski ilə bir araya gəlmək mənim üçün böyük şərəf idi. Bir çox məsələləri müzakirə etdik. Görüş çox uğurlu keçdi”.