Türkiyəli aktyor və aparıcı İlker Ayrığın səhhəti ilə bağlı pərəstişkarlarını məyus edən xəbər yayılıb.
Manset.az türk mediasına istinadən xəbər verir ki, bədbəxt hadisə nəticəsində üç qabırğası zədələnən məşhur aktyor sağalma prosesi zamanı sətəlcəmə də tutulduğunu açıqlayıb.
Səhhətində yaranan problemlərə görə İlker Ayrıq avqust ayında planlaşdırılan bütün səhnə çıxışlarını təxirə salıb.