Kolumbiya Prezidenti Abelardo de la Espriella ölkədə yaşayış icazəsi olmayan minlərlə qanunsuz miqrantın deportasiya ediləcəyini açıqlayıb. O, bu məqsədlə polis qüvvələrinin də cəlb olunacağı əməliyyatların cari həftə ərzində başlaya biləcəyini bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, prezident ABŞ-də yerləşən “X” şirkətinin sosial şəbəkə platformasında yayımladığı videoda cinayətkarlığa və mütəşəkkil cinayət qruplarına qarşı yeni təhlükəsizlik tədbirlərini açıqlayıb.
De la Espriella bildirib ki, ilk mərhələdə cinayət törətmiş miqrantlar, daha sonra isə ölkədə qanuni statusu olmayan şəxslər hədəf alınacaq.
“Haradan gəlmələrindən asılı olmayaraq, heç bir qanunsuz miqrantı qəbul etməyəcəyəm. Onlar ölkəni tərk edəcək və deportasiya olunacaqlar. Bunun siyasi məsuliyyətini öz üzərimə götürürəm”, – deyə prezident bildirib.
De la Espriella bu çərçivədə polis qüvvələrinin dəstəyi ilə əməliyyatların cari həftədə başlaya biləcəyini qeyd edib.
Kolumbiyada yaşayan miqrantların böyük hissəsini qonşu Venesueladan gələnlər təşkil edir. Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, avqust ayına olan göstəricilərdə Kolumbiyada təxminən 2,8 milyon venesuelalı yaşayır.
Onların təxminən 850 mininin qanunsuz miqrant olduğu bildirilir.