logo
logo logo
logo

ABŞ-Rusiya arasında gizli təmas - MKİ rəhbəri Moskvaya getdi

16:13 - 26 Avqust 2026

ABŞ-Rusiya arasında gizli təmas - MKİ rəhbəri Moskvaya getdi

Kreml ABŞ və Rusiya xüsusi xidmət orqanları arasında təmasların baş tutduğunu açıqlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin ötən gün Moskvaya səfər etdiyini təsdiqləyib.

Peskov Moskva şəhərində jurnalistlərə açıqlamasında gündəmdəki məsələlərə toxunaraq, iki ölkənin xüsusi xidmət orqanları arasında görüşlərin keçirildiyini bildirib.

“Xüsusi xidmət orqanları arasında təmaslar baş tutub”, – deyə Peskov bildirib.

Kremlin sözçüsü bu təmasları müsbət hal kimi qiymətləndirib. O, Rusiya Prezidenti Vladimir Putinə Retkliffin səfəri və keçirilən görüşlər barədə məlumat verildiyini də qeyd edib.

Kreml ABŞ və Rusiya arasında xüsusi xidmətlər səviyyəsində aparılan danışıqların məzmunu barədə isə əlavə məlumat açıqlamayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az