logo
logo logo
logo

"Fənərbağça"dan sürpriz TRANSFER

17:25 - 26 Avqust 2026

\"Fənərbağça\"dan sürpriz TRANSFER

Müdafiə xəttində yaşanan ayrılıqlardan sonra "Fənərbağça" keçmiş futbolçusu Yusuf Akçiçəki yenidən heyətinə qatmaq üçün hərəkətə keçib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin 20 yaşlı müdafiəçi üçün onun hazırkı klubu “Al-Hilal”a birillik ödənişsiz icarə təklifi göndərdiyi iddia olunur.

Türkiyə klubunun Akçiçəyin illik 5 milyon avroluq maaşının 4 milyon avroluq hissəsini ödəməyə hazır olduğunu Səudiyyə Ərəbistanı təmsilçisinə bildirdiyi də qeyd olunub.

Tərəflər arasında razılıq əldə olunacağı təqdirdə Yusuf Akçiçəyin İstanbula gələrək "Fənərbağça" ilə rəsmi müqavilə imzalaması gözlənilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az