logo
logo logo
logo

“İran iqtisadi təzyiqlərə boyun əyməyəcək” - Pezeşkian ABŞ-yə meydan oxudu

17:33 - 26 Avqust 2026

“İran iqtisadi təzyiqlərə boyun əyməyəcək” - Pezeşkian ABŞ-yə meydan oxudu

İran Prezidenti Məsud Pezeşkian ABŞ-nin ölkəsinə qarşı iqtisadi təzyiq siyasətini yenidən gücləndirməsinə münasibət bildirib. 


Manset.az xarici mediaya istinadən xəbər verir ki, İranın bu təzyiqlər qarşısında geri addım atmayacağını açıqlayıb.

İran mətbuatının məlumatına görə, Pezeşkian Mərkəzi Bankda iqtisadçılarla görüş keçirib. Görüş zamanı ABŞ ilə mövcud problemlərin diplomatik yolla həlli imkanları və Vaşinqtonun tətbiq etdiyi iqtisadi təzyiqlər müzakirə olunub.

İran Prezidenti bildirib ki, ölkəsi problemlərin qarşılıqlı əlaqə və danışıqlar yolu ilə həllinə üstünlük verir. Bununla yanaşı, iqtisadi təzyiqlərə qarşı qətiyyətli mövqedən geri çəkilməyəcəklərini vurğulayıb.

“Əsas prinsipimiz qarşılıqlı əlaqə və danışıqlar yolu ilə problemləri anlamaq və həll etməkdir. Eyni zamanda, indiyədək etdiyimiz kimi, iqtisadi təzyiqlərə qarşı da qətiyyətli mövqe nümayiş etdirəcəyik. İran iqtisadi təzyiqlərə boyun əyməyəcək”, – deyə Pezeşkian bildirib.

O, ABŞ-ın müharibə zamanı heç bir nəticə əldə edə bilmədiyini də iddia edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az