logo
logo logo
logo

Ratko Mladiç öldü

17:17 - 27 Avqust 2026

Ratko Mladiç öldü

Bosniya və Herseqovinada törətdiyi hərbi cinayətlərə görə cəza çəkən Bosniya serblərinin generalı Ratko Mladiç bu gün 84 yaşında ölüb.


Manset.az xəbər verir ki, bu barədə Serbiya mediası məlumat yayıb.

Qeyd olunur ki, o, BMT-nin Haaqadakı istintaq təcridxanasında vəfat edib.

Mladiç Bosniya və Herseqovinada müharibə dövründə Serb Respublikası Ordusunun Baş Qərargahının keçmiş generalı və komandanı olub. Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunal hərbi cinayətlərə görə onu ömürlük həbs cəzasına məhkum etmişdi.

Bosniya müharibəsi dövründə 1995-ci ildə Srebrenitsa qətliamındakı roluna görə Mladiçə "Bosniya qəssabı" ləqəbini vermişdilər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az