İtaliyanın şimalındakı Pyemont bölgəsində iki nəfərin olduğu girokopter Campliccioli su anbarına gedən kabel xəttinə çırpıldıqdan sonra alovlanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində hava gəmisi Campliccioli gölünün sahilinə düşüb və göyərtəsindəki iki nəfər həyatını itirib.
Məlumata görə, iki nəfərlik girokopter su anbarı ərazisində uçuş həyata keçirərkən kabel xəttinə çırpılıb. Toqquşmadan sonra alovlanan hava gəmisi gölün sahilinə düşüb. Hadisə yerinə həm qurudan, həm də havadan yanğınsöndürmə və xilasetmə qrupları cəlb olunub.
Qəzanın başvermə səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmaya başlanılıb.