ABŞ Prezidenti Donald Tramp Rusiyanın NATO-ya hücum edəcəyindən narahat olmadığını bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Tramp "Axios"a müsahibəsində deyib ki, Rusiyanın NATO-ya hücum edəcəyi ilə bağlı heç bir narahatlığı yoxdur.
ABŞ Prezidenti, həmçinin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliffin rusiyalı həmkarı ilə əlaqələrindən danışıb. O bildirib ki, Ratkliff Rusiya tərəfdəki həmkarı ilə altı ayda bir və ya ildə bir dəfə görüşür. Tramp onların münasibətlərinin çox yaxşı olduğunu vurğulayıb.
“Heç bir mesaj verilməmişdi və qeyri-adi heç nə baş verməmişdi”, – deyə ABŞ Prezidenti qeyd edib.
Oval Ofisdə jurnalistlərə açıqlamasında Tramp bir daha vurğulayıb: “Putin NATO ərazisinə hücum etməyəcək”. O, həmçinin Rusiyanın Hörmüz boğazı ilə bağlı davranışını müsbət qiymətləndirərək, “Rusiya Hörmüz boğazı ilə olduqca yaxşı davrandı” deyib.