Dünyaca məşhur repçi Snoop Doggun təsisçiləri arasında yer aldığı dondurma markası qeyri-adi iş elanı ilə gündəmə gəlib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, şirkət dünyanın hər yerindən müraciətlərin qəbul edildiyi “Beynəlxalq dondurma dadıcısı” vəzifəsi üçün namizəd axtarır.
Bu vəzifəyə seçilən şəxs üç ay ərzində ayda 10 min ABŞ dolları maaş alacaq. Namizədlərdən peşəkar aşpazlıq və ya qastronomiya sahəsində təcrübə tələb olunmayacaq.
Vəzifə üçün müraciətlər avqustun 27-də başlayıb. Dünyanın müxtəlif ölkələrindən namizədlərin qiymətləndiriləcəyi seçim prosesində iştirak etmək istəyənlərə müraciətlərini tamamlamaları üçün üç həftə vaxt verilib.