logo
logo logo
logo

Bu ölkə də Fransanın "nüvə çətiri"nə qoşulur 

15:44 - 14 Sentyabr 2026

Bu ölkə də Fransanın \"nüvə çətiri\"nə qoşulur 

Finlandiya hökumətinin Fransanın nüvə çəkindirmə çətirinə qoşulmaq qərarına gəldiyi bildirilir. Bununla da Finlandiya Norveçdən sonra Fransanın genişləndirilmiş nüvə çəkindirmə doktrinasına qoşulan 10-cu Avropa ölkəsi olub.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Fransa və Finlandiyanın yaydığı birgə bəyanatda bir sıra ölkələrin Fransa Prezidenti Emmanuel Makronun martın 2-də açıqladığı “genişləndirilmiş nüvə çəkindirmə” doktrinasına qoşulmaq qərarı verdiyi xatırladılıb.

Bəyanatda Finlandiyanın da Fransanın nüvə çəkindirmə çətirinə daxil olan ölkələr sırasına qoşulduğu açıqlanıb. Qərarın hər iki ölkənin beynəlxalq öhdəliklərinə uyğun şəkildə qəbul edildiyi qeyd olunub.

Sənəddə bu qərarın Avropanın təhlükəsizliyi və Finlandiya-Fransa əməkdaşlığı baxımından mühüm mərhələ olduğu vurğulanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az