Rusiyada bir müddətdir davam edən yanacaq qıtlığı ölkənin ən mühüm şəhərlərindən olan Sankt-Peterburqa qədər yayılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ukraynanın neft emalı zavodlarına təşkil etdiyi PUA zərbələrindən sonra yanacaqdoldurma məntəqələrində kilometrlərlə uzanan nəqliyyat vasitəsi sıxlığı yaranıb. Yaranmış vəziyyətlə əlaqədar rəhbərlik satışlara məhdudiyyət tətbiq etmək, hətta "tək-cüt nömrə" sisteminə keçmək üçün tədbirlər görməyə başlayıb.
Verilən məlumatlara görə, şəhərdəki bir çox yanacaqdoldurma məntəqəsində benzin tapılmır, bəzi nöqtələrdə isə sürücülər uzun növbələrdə gözləmək məcburiyyətində qalırlar.