logo
logo logo
logo

Şimali Koreyadan gərginlik yaradan açıqlama - "Nüvə silahından istifadə oluna bilər" 

17:57 - 16 Sentyabr 2026

Şimali Koreyadan gərginlik yaradan açıqlama - \"Nüvə silahından istifadə oluna bilər\" 

Şimali Koreya Müdafiə Nazirliyi ABŞ və Cənubi Koreyanın birgə hərbi fəaliyyətlərini ölkənin təhlükəsizliyinə qarşı ciddi təhdid kimi qiymətləndirib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Pxenyan administrasiyası təhdidlərin davam edəcəyi təqdirdə nüvə silahından istifadəyə imkan verən 2022-ci il tarixli qanunun müvafiq müddəalarının tətbiq oluna biləcəyi barədə xəbərdarlıq edib. Koreya yarımadasında ABŞ və Cənubi Koreya arasında hərbi əməkdaşlığa reaksiya verən Şimali Koreyadan nüvə silahının tətbiqi ilə bağlı yeni bəyanat gəlib.

Şimali Koreya Müdafiə Nazirliyi ABŞ və Cənubi Koreyanın addımlarının ölkənin təhlükəsizliyi baxımından ciddi təhlükə yaratdığını iddia edərək, bu vəziyyətin nüvə silahlı qüvvələri haqqında qanunun qüvvəyə minməsinə gətirib çıxara biləcəyini bəyan edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az