ABŞ vitse-prezidenti Cey Di Vens ABŞ-İsrail münasibətlərinin gələcəyi və Vaşinqtonun regiondakı strateji prioritetləri barədə danışarkən ABŞ-ın xarici siyasətinin İsraildən asılı vəziyyətə düşməsinə imkan verməyəcəklərini bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, “All-In Podcast” tərəfindən təşkil olunan paneldə çıxış edən Vens deyib: “Məncə, Prezident Tramp son 40 il ərzində Amerika xalqının maraqlarının İsrail hökumətinin maraqlarından fərqləndiyini düşündüyü zaman İsrailin Baş naziri Benyamin Netanyahu ilə yollarını ayırmaq iradəsi nümayiş etdirən yeganə prezidentdir”.
Münasibətlərin rasional əsaslara söykənməsinin vacib olduğunu bildirən Vens qeyd edib ki, bütün ikitərəfli münasibətlərdə olduğu kimi, İsraillə əlaqələr də son nəticədə “Amerikanın milli maraqları” əsasında qurulmalıdır.